80 baxış
Bu yazını paylaşın
İdman

“Qarabağ”dan yeni transfer

27 May 2023

“Qarabağ”ın bu yay transfer pəncərəsi zamanı heyətinə qatacağı ilk futbolçu müəyyənləşib.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Zirə”nin fransalı futbolçusu Hamidu Keyta ilə tam razılıq əldə edib. Keyta dünən “Qarabağ”ın bazasında da olaraq danışıqların yekun mərhələsini aparıb və yekun razılıq əldə edilib.

İyunun 30-u “Zirə” ilə müqaviləsi başa çatacaq Keyta Ağdam klubuna azad agent kimi keçəcək. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ko, Keyta bu ilin mart ayında “Qalatasaray”a qarşı keçirilən xeyriyyə matçında “Qarabağ”ın heyətində çıxış edib.

Xatırladaq ki, 28 yaşlı sol vinger 2022-ci ilin yanvarından “Zirə”də oynayır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…