228 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ”dan ayrılan hücumçu “Sent-Etyen”də debüt edib

06 Sentyabr 2022

“Sent-Etyen” klubunun “Qarabağ”dan transfer etdiyi futbolçu İbrahima Vadji Fransa Liqa 2-də debüt edib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu VII turun “Pau” ilə səfər matçına təsadüf edib.

Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. Həmin vaxt “Sent-Etyen” Etyen Qrinin 64-cü dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, Lui Mutonun 34-cü dəqiqədə vurduğu qolla öndə olub – 1:0.

Lakin əvəzləmədən cəmi 2 dəqiqə sonra “Pau”nun futbolçusu Anri Seve bərabərlik qoluna imza atıb. Seve 79-cu dəqiqədə “dubl” etsə də, 84-cü dəqiqədə Lenni Pintor məhz Vadjiyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltidən yararlanaraq, yekun nəticəni müəyyənləşdirib – 2:2.

Bu nəticədən sonra “Sent-Etyen” və “Pau” hərəyə 4 xalla 19-20-ci yerləri bölüşür.

Qeyd edək ki, İbrahima Vadji “Sent-Etyen”lə avqustun 30-da 3 illik müqavilə bağlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…