23 baxış
Bu yazını paylaşın
Siyasi

Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa Gürcüstandan beş idmançı qatılacaq

04 May 2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku – 2022” reqatasına Gürcüstandan beş idmançı qatılacaq.

“TELEJURNAL” xəbər verir ki, bunu  “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Milli Kanoe Federasiyasının Baş katibi Marlen Quniya deyib.

Onun sözlərinə görə, komanda gənc idmançılardan ibarətdir.

Baş katib bildirib ki, federasiya beynəlxalq yarışda gürcü avarçəkənlərin medallar əldə edəcəklərini və mükafat yerlərini tutacaqlarını gözləyir.

Bu gün Bakıya yola düşəcək Gürcüstan nümayəndə heyətinə Milli Kanoe Federasiyasının prezidenti Zaza Nadiradzebaşçılıq edəcək. Avarçəkənləri M.Quniya da müşayiət edəcək.

Qeyd edək ki, “Prezident kuboku – 2022” reqatası mayın 6-da Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…