41 baxış
Bu yazını paylaşın
İqtisadi

Qarabağda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 illik iş icazəsinin verilməsinə dair layihə təsdiqlənib

09 Dekabr 2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.

TELEJURNAL-ın xəbərinə görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsi 1 il müddətində verilə, onun müddəti isə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə gələn ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…