50 baxış
Bu yazını paylaşın
İqtisadi

Qarabağda biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 900-dən çox müraciət daxil olub

24 Dekabr 2021

İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 900-dən çox müraciət daxil olub.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu barədə dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, bu ərazilərdə kənd təsərrüfatı, turizm, sənaye, xidmət və digər sahələrdə KOB subyektlərinin biznes layihələrinin reallaşdırılması imkanları genişdir. İqtisadi reinteqrasiya prosesində KOB subyektlərinin rolunun artması isə məşğulluğun təmin edilməsinə öz müsbət təsirini göstərəcək. KOBİA işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan müraciətlərin qəbulunu, onlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətlərinin göstərilməsini davam etdirir.

https://azertag.az/xeber/Qarabagda_biznes_qurmaq_isteyen_sahibkarlardan_KOBIA_ya_900_den_chox_muraciet_daxil_olub-1960844

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…