281 baxış
Bu yazını paylaşın
Siyasi

Qarabağa səfər edən misirli jurnalist işğalçı Ermənistanın 44 günlük müharibədə itkiləri barədə yazıb

27 Mart 2022

Bu yaxınlarda ərəb ölkələrinin media nümayəndələrindən ibarət qrupun tərkibində Qarabağa səfər edən misirli jurnalist Əşrəf Əbu-Arafə rəhbərlik etdiyi “Əl Diplomasi” portalında işğalçı Ermənistanın 44 günlük müharibədə itkiləri barədə məqalə ilə çıxış edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda Hərbi Qənimətlər Parkından da fotoşəkillərini təqdim edən jurnalist yazıb ki, işğalçı Ermənistanın ordusu ağır məğlubiyyətə düçar olduğu Azərbaycan torpaqlarında 4 milyard dollardan çox dəyəri olan texnika və avadanlıq itirib. Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev böyük Zəfərdən sonra – 2020-ci il dekabrın 1-də təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət götürülmüş texnikalarının sayını açıqlayıb. Bu siyahıda S-300 zenit-raket kompleksindən və hərbi təyyarələrdən tutmuş zirehli texnikaya qədər müxtəlif texnika növləri var. Prezident İlham Əliyev bu qənimətlərin nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkının açılışında da iştirak edib, həmçinin onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı Azadlıq meydanında keçirilən Qələbə paradında da göstərilib.
Məqalədə 44 günlük müharibədə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğaldan azad etdiyi ərazilər barədə də məlumat verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…