38 baxış
Bu yazını paylaşın
Siyasi

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sahibkarları üçün təlimlər keçirilmişdir

04 Mart 2022

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihənin növbəti təlimi 4 mart 2022-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi Mədəniyyət evində baş tutmuşdur. AOPE-nin təlimçisi Sitarə Səfərova tərəfindən idarə olunan təlimdə işğaldan azad edilmiş ərazilərdən olan keçmiş məcburi köçkün sahibkarlar iştirak etmişdir. Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından olan sahibkarların öz torpaqlarına qayıtdıqdan sonra həyata keçirəcəkləri biznes layihələrin müasir dövrün yaşıl artım iqtisadi siyasətinə uyğun olması ilə bağlı maarifləndirmənin həyata keçirilməsidir.
Təlimdə ölkə iqtisadiyyatının uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi, sahibkarlığın inkişaf etdirilməsi, regionlarda iqtisadi aktivliyin artırılması, azad edilmiş ərazilərə əhalinin qayıdışının və dayanıqlı məskunlaşmasının təmini və bu məqsədlə həmin ərazilərdə cəmiyyətin ən sağlam, müasir, komfortlu və abad yaşayış mühitinin yaradılması barədə danışılıb. Xüsusilə, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi və həmin qazanılan tarixi imic və təbii resurs bolluğunun bu ərazilərə investisiya cəlbinə imkan verəcəyi barəsində də bəhs edilib. Eyni zamanda, təlim müddətində yaşıl iqtisadiyyatın bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verilib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində silsilə tədbirlər may ayına qədər davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…