53 baxış
Bu yazını paylaşın
Uncategorized

“Qarabağ” Türkiyəyə yollandı

25 Noyabr 2020
Qarabağ Türkiyəyə yollandı

“Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sivasspor”la matç üçün Türkiyəyə yola düşüb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:30-da isə komanda matçın keçiriləcəyi “Başakşəhər Fatih Terim” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında “Sivasspor” öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…