35 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ” qrup mərhələsində ilk oyununu keçirəcək

08 Sentyabr 2022

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

“TELEJURNAL.AZ”ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada “Frayburq”un qonağı olacaq.

“Europa-Park” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. “Köhlən atlar”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

UEFA Avropa Liqası
G qrupu

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Europa-Park” stadionu

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…