19 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

13 Sentyabr 2022

UEFA Avropa Liqasında qrup mərhələsinin II turunda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

“TELEJURNAL.AZ”ın məlumatına görə, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. 38 yaşlı baş hakim Enea Yorqyiyə Denis Reca və Ridiger Çokay yan xətt, Yucin Caya dördüncü hakim qismində yardımçı olacaq.

İtaliyalı Luka Payretto VAR hakimi, Cakomo Paqanessi isə onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Yorqyi 2019/2020 mövsümündə Avropa Liqasında II təsnifat mərhələsinin Rusiyada “Arsenal” (Tula) və “Neftçi” arasında keçirilmiş oyunun baş hakimi olub. Görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb – 1:0.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…