38 baxış
Bu yazını paylaşın
İdman

“Qarabağ” dünya reytinqində 5 pillə geriləyib

12 May 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Telejurnal  IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yenə yalnız “Qarabağ” yer alıb.

“Köhlən atlar” ötən ayla müqayisədə 5 pillə geriləyib. Premyer Liqanın lideri 141 xalla 67-ci sırada qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.

Türkiyə komandalarından “Fənərbağça” 179,5 xalla 28-ci, “Başakşehir” 135,5 xalla 74-cü, “Sivasspor” 106,5 xalla 122-ci, “Trabzonspor” 101 xalla 133-cü yerdə qərar tuturlarsa, “Qalatasaray” və “Beşiktaş” 78 xalla 216-cı pilləni bölüşdürürlər.

Reytinqdə lider dəyişikliyi olub. İspaniyanın “Real Madrid” klubu 320 xalla birinci pilləyə yüksəlib. “Flamenqo” (Braziliya – 295 xal) ikinci sıraya düşüb, “Mançester Siti” (İngiltərə – 254) isə üçüncü pillədə qalıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…