23 baxış
Bu yazını paylaşın
İdman

“Qarabağ” Azərbaycan çempionatları tarixində xal rekordunu təkrarlayıb

09 May 2023

“Qarabağ” Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox xal toplama rekordunu təkrarlayıb.

“Telejurnal “ın araşdırmasına görə, Ağdam klubu 2022/2023 mövsümündə sona üç tur qalmış xallarının sayını 84-ə çatdırmaqla buna nail olub.

Premyer Liqanın XXXIII turunda “Qəbələ” üzərində 3:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri 2015/2016 mövsümündə qırdıqları rekordu təkrarlayıblar. Ağdam təmsilçisi həmin vaxt 84 xalla mövsümü çempion kimi başa vurmuşdu.

“Qarabağ” bu mövsüm daha bir xal toplayacağı təqdirdə, rekordu yeniləyəcək. Komanda son üç turda müvafiq olaraq “Səbail”, “Sumqayıt” və “Turan Tovuz”la qarşılaşacaq.

Qeyd edək ki, ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayan “Qarabağ” növbəti turda da qələbə qazansa, çempionluğunu rəsmiləşdirəcək. Ağdamlıların XXXIV turda “Səbail”lə səfər matçı mayın 13-nə təsadüf edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…