30 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ” Almaniyada “Frayburq”a məğlub olub

09 Sentyabr 2022

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

“TELEJURNAL.AZ”ın Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Frayburq”un qonağı olub.

“Europa-Park” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə “Frayburq”u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla “köhlən atlar”ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən “köhlən atlar” buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. “Qarabağ” 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts “Qarabağ”ın aşkar penltisini təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.

G qrupunun digər matçında Yunanıstan “Olimpiakos”u Fransada “Nant”a 1:2 hesabı ilə uduzub. “Qarabağ” sentyabrın 15-də II turda “Nant”ı qəbul edəcək, “Frayburq” isə “Olimpiakos”un qonağı olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…