20 baxış
Bu yazını paylaşın
Siyasi

“Qarabağ 13-cü əsrdən 1920-ci ilədək” başlıqlı kitabı Almaniyada 3-cü buraxılışda dərc olunub

15 Fevral 2022

Berlinin “Gulandot” nəşriyyatında almaniyalı türkoloq-tarixçi alim, Qarabağın tarixi və Azərbaycan ədəbiyyatı (xüsusilə, Nəsimi irsi) üzrə mütəxəssis, Almaniyanın Qissen Universitetinin əməkdaşı Mixael Raynhard Hessin “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək” başlıqlı ingilis dilində kitabı 3-cü buraxılışda dərc olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın cari buraxılışı Vətən müharibəsindəki qələbəmizin nəticəsində yaranmış yeni reallıqların nəzərə alınması ilə yenilənib. Belə ki, yeni buraxılışda ərazilərimizin işğaldan azad olunduğu tarixlər, Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Dağlıq Qarabağ adlı toponimin artıq mövcud olmaması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair faktlar qeyd olunub.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab Qarabağ sözünün etimologiyası, bölgənin ən geci 13-cü əsrdən etibarən Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin mühüm tərkib hissəsi olması, çar Rusiyasının köçürmə siyasəti ilə regionda demoqrafik dəyişikliklərin getməsi və gələcək Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin əsasının qoyulması, Qarabağın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olması, onun dağlıq hissəsinin (Dağlıq Qarabağ) bölgədən süni şəkildə fərqləndirilməsinə dair faktları təqdim edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…