39 baxış
Bu yazını paylaşın
İdman

“Qalatasaray”ın prezidenti: “Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək”

31 İyul 2023

“Qarşıdakı müddətdə Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək”.

TELEJURNAL-ın   məlumatına görə, bunu Türkiyə “Qalatasaray”ının prezidenti Dursun Özbek SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.

Funksioner bildirib ki, Avropada böyük hədəflərə doğru irəlilədikləri yolda Azərbaycanın dünya brendinə çevrilmiş, çox önəmli enerji şirkətinin kluba dəstək olması çox dəyərlidir: “Prosesi yaxından izlədikləri üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin ən böyük brendi “Qalatasaray” ilə SOCAR arasında bu əməkdaşlıq hər iki tərəfə böyük töhfə verəcək”.

D.Özbək bu layihənin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına inamını ifadə edib: “Hesab edirəm ki, bu mühüm əməkdaşlığın 2023-cü ildə, yəni mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində gerçəkləşməsi çox dəyərlidir. Proses qardaş klubumuz “Qarabağ”la Bakıda keçirdiyimiz yoldaşlıq görüşü ilə başladı. Yaşadığımız böyük zəlzələ fəlakətinin yaralarını sarmaq üçün dəstəklərini göstərdilər. Sağ olsunlar, var olsunlar. Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir. “Qalatasaray” öz mövqeyini göstərmək üçün məhz “Qarabağ”ı qardaş klub seçib. Anlaşmamız “Qalatasaray”ımız və və türk idmanı üçün xeyirli olsun. Avropadakı uğurlarımızın da daimi olmasını arzulayıram”.

Qeyd edək ki, anlaşmaya əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək. SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…