34 baxış
Bu yazını paylaşın
Siyasi

“Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqların vergidən azad edilməsinə dair sənəd təsdiqlənib

12 Aprel 2022

“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumlarından və vergilərdən azad ediləcək.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Sənəddə həmçinin qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır və Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonraki bir illik müddətlərə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.

Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə və ona əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…