31 baxış
Bu yazını paylaşın
İctimai

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub

01 Avqust 2022

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.

TELEJURNAL Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 18-dən Mariborda hazırlıq keçən Eldar Yusubovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

Azərbaycan millisi səfər çərçivəsində yerli yığma ilə iki yoxlama matçı keçirib. Sloveniya millisi ilə keçirilən hər iki görüş Azərbaycan voleybolçularının xeyrinə yekunlaşıb.

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan Azərbaycan yığması plana uyğun olaraq hazırlığın son mərhələsini Bakıda davam etdirəcək.

İslamiadada voleybol yarışları avqustun 8-16-da keçiriləcək. Voleybol millisi Türkiyəyə avqustun 5-də yola düşəcək. Yarışda Azərbaycan millisi B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.

Milli komandamız “Avro-2023”ün təsnifat mərhələsində isə ilk rəsmi matçını avqustun 20-də Bakıda Gürcüstan komandasına qarşı keçirəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…