28 baxış
Bu yazını paylaşın
Siyasi

“Qaçqınkom” rəsmisi sakinlərin Ağdabana səfərilə bağlı açıqlama verib

07 Aprel 2022

“Bu gün 30 ildən sonra ilk dəfə doğma yurdumuza – Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər etmişik. 30 il öncə aprelin 8-də ermənilər burada qətliam törətmişdi. Onlarla dinc sakini barbarlıqla qətlə yetiriblər. Üç nəfəri diri-diri yandırıblar”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Kəlbəcərə ezam olunmuş müxbirinə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov deyib.

O bildirib ki, bu kəndlərdən 1971 məcburi köçkün var:

“Onlar ölkənin müxtəlif yerlərində məskunlaşıblar. Bu gün onların bir qrupunun kəndə səfərini təşkil etdik. Gördük ki, ermənilər qəbirləri necə dağıdıblar. Bu kənd Azərbaycana dahi şəxsiyyətlər yetişdirib. Bu günü bizə yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik. Onun və ordumuzun sayəsində buralara gəlmişik. Bu cür səfərlər bir neçə dəfə təkrar olub və davam edəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…