16 baxış
Bu yazını paylaşın
Siyasi

Q.Marxuliya: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir

19 Aprel 2022

Müasir bəşəriyyətin həyatında diaspor mühüm əhəmiyyət kəsb edir. Disapor milli etnomədəniyyətin, sosial-mədəni mühitin intensiv dəyişməsi və şaxələnməsi şəraitində öz kimliyini qoruyub saxlamağa çalışır. Bu, təkcə dünya diaspor birliklərinin yaradılmasında deyil, həm də onların beynəlxalq təşkilatlarda təmsil olunmasında özünü göstərir.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki ,bu sözləri tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, AMEA–nın fəxri doktoru Quram Marxuliya Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyadakı çoxmilyonlu diasporasına böyük diqqət yetirə bildi, onların birliyinə nail olundu.
Azərbaycan diaspor təşkilatları da öz dövlətlərinin və Prezidentinin ətrafında sıx birləşərək ümummilli problemin həllində böyük, tarixi bir uğura imza ata biliblər.
Professor deyib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi və tarixi Zəfərin qazanılmasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin də rolu böyükdür. Komitənin yeni rəhbəri Fuad Muradov faktiki olaraq dünyada bütün azərbaycanlıların birliyinə nail olub. Bu da öz növbəsində Azərbaycan Prezidentinin diaspor ilə işə düzgün yanaşmasının və düzgün kadr siyasətini nəticəsidir.
Q.Marxuliya bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşada keçirilməsi də çox böyük tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Bu Qurultayda iştirak edənlər işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar. Bu çox vacib məsələdir.
“Hesab edirəm ki, Qurultay iştirakçıları, eləcə də Gürcüstandan olan nümayəndələr gördükləri barədə yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandıracaqlar. Bu böyük strateji planlardan xəbər verir. Bu yolla Azərbaycan strateji məqsədlərinə daha tez çatacaq” -deyə, Marxuliya vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…