756 baxış
Bu yazını paylaşın
Dünya

Putinlə Bayden nələri müzakirə edəcək? – Kremldən açıqlama

19 Noyabr 2021

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşündə müzakirə olunacaq mövzular açıqlanıb.

“Qafqazinfo”a istinadən Telejurnal xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, xüsusilə danışıqlar zamanı Ukrayna mövzusuna toxunulması planlaşdırılır.

“Təbii ki, Ukrayna ətrafında NATO silahlı qüvvələrinin bizim üçün sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri olacaq. Bu da bizi biganə qoymayacaq və narahatlığa səbəb olacaq. Ən əsası isə adekvat tədbirlərin görülməsini zəruri edəcək. Lakin bu tədbirləri görməklə, biz öz ərazimizdə hərəkət edirik”, – deyə Kremlin sözçüsü bildirib.

Peskov əlavə edib ki, prezidentlər arasında təmaslar bu ilin sonuna qədər mümkündür:

“Bu, prezidentlərin iş qrafikindən və onların hansı formatı seçməsindən asılı olacaq”.

O həmçinin qeyd edib ki, Moskva görüşə videoformatda üstünlük verir. Bu məsələ ilə bağlı yekun qərarı da dövlət başçıları verəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…