67 baxış
Bu yazını paylaşın
Dünya

Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər

01 Oktyabr 2020

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər. Hər iki ölkənin liderləri tərəfləri maksimum təmkinli olmağa və təcili sürətdə atəşkəsi bərpa etməyə çağırıblar.

“telejurnal” “Kremlin”a istinadən xəbər verir ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsi hərtərəfli müzakirə edilib. Davam edən genişmiqyaslı döyüş əməliyyatları ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Vladimir Putin və Emmanuel Makron tərəfləri təcili sürətdə atəşkəsi bərpa etməyə, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırdılar”, – deyə Kremlin mətbuat xidmətinin yaydığı xəbərin mətnində qeyd olunub.

Hər iki ölkənin prezidenti Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla həllinin alternativinin olmadığını bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…