24 baxış
Bu yazını paylaşın
Dünya

Putin və Lukaşenko Kral III Çarlzın tacqoyma mərasiminə dəvət edilməyib – “Reuters”

03 May 2023

Böyük Britaniya Rusiya, Belarus, İran, Myanma, Suriya, Əfqanıstan və Venesuela liderlərinə Kral III Çarlzın tacqoyma mərasiminə dəvət göndərməyib.

TELEJURNAL xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

“Böyük Britaniyanın tam diplomatik əlaqələri olan digər ölkələrin dövlət başçıları, həmçinin Britaniya krallıqları və xarici ərazilərin nümayəndələri dəvət olunub”, – mənbəyə istinadla “Reuters” yazır.

Mərasimə dəvətlərin Şimali Koreya və Nikaraqua başçılarına deyil, yüksək rütbəli diplomatlara göndərildiyi də bildirilir.

III Çarlzın tacqoyma mərasimi mayın 6-da, şənbə günü Vestminster abbatlığında keçiriləcək. Onunla birlikdə həyat yoldaşı Kraliça Consort Camilla da tac taxır.

Jurnalistlərin fikrincə, mərasim təxminən 250 milyon funt-sterlinqə başa gələcək. Mərasimə 2000 nəfər dəvət olunub, yüksək rütbəli qonaqlar üçün xüsusi hava hərəkəti cədvəli tərtib edilib.

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın III Çarlzın tacqoyma mərasiminə gəlməyəcəyi bildirilib. Susseks hersoqu özü tədbirdən dərhal sonra Amerika Birləşmiş Ştatlarına qayıdacaq. Jurnalistlər bunun oğlu Arçinin doğum gününü mayın 6-da qeyd etməsi ilə əlaqədar olduğunu düşünürlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…