27 baxış
Bu yazını paylaşın
Dünya

Putin: Ukraynada bütün problemlər 2014-cü ildən sonra başlayıb

17 İyun 2023

Ukraynada bütün problemlər 2014-cü ildə dövlət və qanlı çevrilişdən sonra başlayıb. Bu çevriliş Qərb sponsorları tərəfindən dəstəklənib.

”Telejurnal.az”-Rusiya bürosuna istinaden xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında Afrika ölkələrinin başçıları ilə görüşdə bildirib.

 

Onun sözlərinə görə, Ukraynada dövlət çevrilişindən sonra əhalinin bir hissəsi bunu dəstəkləməyib: “Rusiya rusdilli insanları dəstəkləməli oldu və uzun illər böhranı sülh yolu ilə həll etməyə çalışdı. Amma Qərb ölkələri və Kiyevdə hakimiyyətdə olanlar bizi aldatdı”.

 

Putin bildirib ki, Ukrayna böhranı qanlı yolla həll etmək üçün dəfələrlə cəhdlər edib və hərbi münaqişəyə özü başlayıb.

 

“Qlobal ərzaq bazarında böhran xüsusi hərbi əməliyyatın nəticəsi deyil, o, Qərb ölkələrinin iqtisadi cəhətdən əsassız davranışlara başlaması ilə əlaqədar yaranıb. Nəhəng emissiyalar həyata keçirməklə, tozsoran kimi bütün malları süpürüb apardılar və inkişaf etməkdə olan ölkələri əlverişsiz vəziyyətə saldılar. Yeni müstəmləkəçi Avropa hakimiyyəti beynəlxalq ictimaiyyəti və bütün Afrika ölkələrini növbəti dəfə aldatdı”, – deyə Rusiya prezidenti əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…