24 baxış
Bu yazını paylaşın
Dünya

Putin çox qorxur: biz indi nə edəcəyik? – Zelenski

24 İyun 2023

Kremldən olan adam (Putin nəzərdə tutulur – red.) çox qorxur və yəqin ki, hardasa gizlənir. Əminəm ki, o, artıq Moskvada deyil. Harasa zəng edir, nəsə yalvarır… Nədən qorxduğunu bilir, çünki bu təhlükəni özü yaradıb. O, bunkerləri arasında nə qədər uzun qaça bilsə, bir o qədər çox itirəcək. Rusiya ilə əlaqəsi olan hər kəs itirəcək.

Telejurnal xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada baş verən hadisələr haqda video-müraciətində deyib.

“Biz ukraynalılar nə edəcəyik? Biz ölkəmizi müdafiə edəcəyik. Biz susmayacağıq və fəaliyyətsiz qalmayacağıq. Bu müharibədə qələbəmiz birmənalı olacaq.

Bəs siz nə edəcəksiniz? Qoşunlarınız Ukrayna torpaqlarında nə qədər çox qalarsa, sonradan Rusiyaya bir o qədər çox dağıntı gətirəcək. Bu şəxs Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər olacaq”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Lukaşenkonun “Vaqner” rəhbəri Priqojinlə apardığı birbaşa danışıqlar nəticə verib. Vaqnerçilər Moskvaya yürüşdən imtina ediblər və geri – Ukraynadakı səhra düşərgəsinə qayıdırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…