33 baxış
Bu yazını paylaşın
Siyasi

Putin Azərbaycan-Ermənistan nəqliyyat kommunikasiyalarının açılması barədə danışıb

25 May 2023

Mən Azərbaycan və Ermənistan tərəfinə növbəti görüşün keçirilməsinə operativ reaksiya verdiklərinə görə minnətdaram.

Telejurnal xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşündə deyib.

Putin ümid edib ki, bugünki görüş bir sıra məsələlərin praktik həlli üçün yaxşı proloq olacaq.

“Məhz bizim format sayəsində çox şeylərə nail olunub. 2020-ci ildə təkcə hərbi əməliyyatlara son qoyulmayıb, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı işə başlanılıb. Bu müddət ərzində çox hadisələr baş verib. Detallara varmayacam. Ümumilikdə, mənim fikrimcə, problemlərin çətinliklərinə baxmayaraq, vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı işdir. Biz indi göz-gözə bu barədə danışdıq. Hələ də nizamlanmamış məsələlər var. Lakin fikrimcə, bu problemlər sırf texniki xarakter daşıyır”, – deyə Putin bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…