65 baxış
Bu yazını paylaşın
Dünya

“Prosesləri böyük narahatlıqla izləyirik” – Gürcüstan XİN

01 Oktyabr 2020

Bütün dünya kimi, Gürcüstan da Dağlıq Qarabağdakı vəziyyətin deeskalasiyasına çağırır. “telejurnal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Baş Naziri Georgi Qaxariyanın Azərbaycan və Ermənistana sülh danışıqları üçün Tbilisini platforma kimi təklif etməsi ilə bağlı təşəbbüsü zamanında olub və avropalı tərəfdaşlar tərəfindən tamamilə dəstəklənir.

O, həmçinin qeyd edib ki, Gürcüstan vəziyyəti böyük narahatlıqla izləyir:

“Biz bu prosesləri böyük narahatlıqla izləyirik. Bu, bilavasitə bizim qonşuluqda baş verir. Tarixən bizim azərbaycanlı və erməni həmvətənlərimizlə dinc şəraitdə birgə mövcudluqla bağlı zəngin təcrübəmiz var. Bu, gələcəkdə də davam etməlidir”.

Siyasətçinin fikrincə, vəziyyətin gərginləşməsi yalnız Cənubi Qafqaza deyil, bütün Qara dəniz regionuna təhlükə yaradacaq və onun regiondan kənara yayılması ehtimalı böyükdür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…