19 baxış
Bu yazını paylaşın
Siyasi

Prokurorluq orqanlarının əməkdaşları yeni səhra geyim formasından ilk dəfə Laçında istifadə edib

22 İyun 2023

Prokurorluq orqanlarının əməkdaşları yeni səhra geyim formasına keçib.

Telejurnal-ın  xəbərinə görə, Baş Prokurorluğun rəhbər şəxsləri və əməkdaşları tərəfindən səhra geyim formasından ilk dəfə iyunun 21-də Laçın şəhərinə səfər zamanı istifadə edilib.

Prokurorluq işçilərinin yay geyim forması nazik göy rəngli parçadan qış şalvarı formasında hazırlanmış şalvar, ağ rəngli nazik parçadan hazırlanmış qısaqollu üst köynəyindən ibarət olur. Köynəyin döş hissəsində üstdən tikilmiş qapaqlı iki cibi olur. Ona pencəklər üçün nəzərdə tutulmuş poqonlarla eyni ölçüdə poqon bərkidilir. Poqonun kənarları aşağı kənarı istisna olmaqla 4 mm enində ağ kətan parça ilə haşiyələnir və köynəyə bərkidilən düymədən 5 mm aşağı hissəsinə ortada prokurorluğun emblemi bərkidilir.

Qeyd edək ki, bununla bağlı qanuna müvafiq dəyişiklik bu ilin aprel ayında edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…