26 baxış
Bu yazını paylaşın
Siyasi

Professor Moataz Abdel Həmidin Şuşa haqqında məqaləsi İraq mətbuatında dərc olunub

09 May 2022

İşğaldan azad olunmuş qədim Azərbaycan şəhəri Şuşaya səfərdən qayıdan iraqlı professor Moataz Abdel Həmid bir sıra mətbuat orqanında məqalə dərc etdirib.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, İraqın “Kalameh”, “Mustaqbl”, “Anbaaiq”, “Elamin. news” və digər saytlarında dərc olunan məqalədə Şuşanın tarixi və bu günü haqqında geniş məlumat verilib.

Professor məqaləsində nəzərə çatdırıb ki, SSRİ dağıldıqdan sonra gərgin ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistan 1992-ci ilin mayında Şuşanı işğal edib, lakin illər sonra bu qədim şəhər 2021-ci il noyabrın 8-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən əsarətdən azad olunub.

Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyət kəsb edən şəhər təkcə işğaldan azad edilmiş sıradan bir şəhər deyil. Sivilizasiya və mədəniyyət zənginliyinə, təbii gözəlliyinə görə Şuşa Qarabağın və hər bir Azərbaycan vətəndaşının rəmzidir. Şuşa həm də Azərbaycan xalqının yetişdirdiyi və dünya miqyasında görkəmli olan şəxsiyyətlərin vətənidir. Bu torpaq Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov kimi dahilər yetişdirib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Ötən il isə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı seçilmişdi.

Tarixə ekskursiya edən professor qeyd edib ki, Şuşa əvvəllər “Kiçik Paris”, “Qafqazın incəsənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” kimi tanınıb.

Bu gün işğaldan azad edilən ərazilərdə geniş abadlıq və quruculuq işləri həyata keçirilir. İşğal zamanı ermənilər tərəfindən dağıdılan dini və mədəni abidələr, yollar, məktəblər, xəstəxanalar, turizm obyektləri bərpa edilir, iqtisadi inkişafa nail olmaq üçün müasir infrastruktur yaradılır.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı bərpa işləri onu deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ Azərbaycanın dünyada tanınan bölgəsi olmaqla yanaşı, həm də ən inkişaf etmiş bölgəsinə çevriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…