240 baxış
Bu yazını paylaşın
İctimai

Prezidentin xüsusi nümayəndəsi: “Bu sevinci yaşatdığı üçün “Qarabağ”a təşəkkür edirik”

24 Avqust 2022

“Doğma Qarabağımızın yadigarı Qarabağ futbol klubunu növbəti dəfə Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə ürəkdən təbrik edir və bu sevinci bizə yaşatdığı üçün ona təşəkkür edirik!”.

 

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

 

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…