51 baxış
Bu yazını paylaşın
İctimai

Prezidentin köməkçisi neft-qaz kəmərlərinin təhlükəsizliyindən danışdı

20 Oktyabr 2020
“Hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.

telejurnal xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin qorunmasına NATO və ya digər beynəlxalq təşkilatların cəlb olunmasının mümkünlüyü barədə jurnalistlərin sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası öz imkanları tərəfindən beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyi təmin edir: “Amma eyni zamanda müvafiq tərəf müqabilləri ilə də, layihədə iştirak edən aparıcı şirkətlərlə də bu infrastrukturların təhlükəsizliyini gücləndirmək məsələləri ilə bağlı fikir mübadiləsi aparır. Amma hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…