82 baxış
Bu yazını paylaşın
İctimai

Prezidentin köməkçisi: “Heydər Əliyev geosiyasi proseslərdə mühüm rol oynayıb”

02 May 2023

“Ümummilli Lider Heydər Əliyev regionda gedən geosiyasi proseslərdə mühüm rol oynayıb”.

TELEJURNAL xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan iqtisadiyyatı dərin tənəzzül içində idi və Prezident onun sabitliyinin təmin olunmasına çox böyük töhfələr verdi.

“Heydər Əliyev problemi həll etmək üçün əsas diqqəti neft sənayesinə yönəltmək qərarına gəldi. Özündə bir neçə istiqaməti birləşdirən milli neft strategiyası da həmin vaxt qəbul edildi. Bura ilk növbədə sənayeyə investisiyaların bərpasına nail olmaq və beynəlxalq şirkətləri Azərbaycana dəvət etmək daxil idi”.

Ş.Mövsümovun sözlərinə görə, ikinci mühüm istiqamət Azərbaycanın neft ehtiyatlarını beynəlxalq bazara çıxarmaq idi.

“Prezident Heydər Əliyev onu da bilirdi ki, böyük neft gəlirləri qeyri-sabitliyə səbəb ola bilər və buna görə də Neft Fondunun yaradılması ilə bağlı çox müdrik qərar qəbul etdi”, – o əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, milli inkişaf üçün yeni hədəflər və prioritetlər müəyyən edən Prezident İlham Əliyev atasının siyasətini davam etdirir.

“Hazırda Azərbaycanın 5 əsas prioritetini dayanıqlı iqtisadi artım, sosial ədalət cəmiyyəti, insan kapitalının inkişafı, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və dayanıqlı “yaşıl texnologiya”lar təşkil edir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…