25 baxış
Bu yazını paylaşın
Siyasi

Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib

12 Mart 2022

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, o bildirib ki, Şimali Kiprdə baş verən hadisə və prosesləri yaxından izləyir.

“Şimali Kipr türkləri bizim qardaşlarımızdır. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə müttəfiq ölkələrdir. Müttəfiq ölkələr olduğumuz üçün də iki ölkənin Xarici İşlər nazirlikləri və digər qurumları arasında intensiv və səmimi münasibətlərimiz var. Biz bütün məsələləri müzakirə edirik. Bütün məsələlərdə də birgə, təmkinlə fəaliyyətimizi davam etdiririk. Şimali Kiprdən olan qardaşlarımızın da problemləri daim bizim qəlbimizdədir”, – Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…