17 baxış
Bu yazını paylaşın
İctimai

Prezidentin köməkçisi: “Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir”

08 İyun 2023

“Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir”.

Telejurnal xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib.

“Azərbaycanda sərhəd təhlükəsizliyinə xüsusi önəm verilir. Müharibə nəticəsində torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Dövlətimizin sərhədlərinin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır”, – Prezidentin köməkçisi bildirib.

Məhərrəm Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb: “Bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir. Əminəm ki, Şuranın fəaliyyəti bundan sonra da əməkdaşlığımızın daha da gücləndirilməsinə müsbət təsir göstərəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…