30 baxış
Bu yazını paylaşın
Siyasi

Prezidentin köməkçisi: Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsini verir

18 Mart 2022

Bu gün və gələcəkdə bizim əsas prinsipimiz beynəlxalq hüququn prinsiplərini izləmək, onu müdafiə etmək olacaq. Azərbaycan bu prinsipləri rəhbər tutaraq beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsini verir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan, həmçinin çoxtərəfli yanaşmanı seçib, BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. “Təhlükəsizlik sahəsində Azərbaycan sıx əməkdaşlığı davam etdirir və praktiki addımlar ataraq prosesə öz töhfələrini verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlıf nöqtələrində sülhməramlı missiyaya dəstək verir. Kosovo, Əfqanıstan və digər ölkələrdə Azərbaycanın sülhməramlı missiyası fəaliyyət göstərib. Bu gün Sudanda Azərbaycan sülhməramlıları var”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…