60 baxış
Bu yazını paylaşın
Siyasi

Prezidentin köməkçisi Araik Arutyunyanın ağır yaralandığını elan etdi

04 Oktyabr 2020

“Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş klastr adlanan, yəni kasetli bombalardan istifadə olunur və Azərbaycanın şəhərlərinə atılır: “Bununla da Ermənistan dövləti özünün terrorçu dövlət olduğunu, öz xislətini göstərir. Əmin ola bilərsiniz ki, düşmənə layiqli cavab verilir.

Özünü qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti təqdim edən Araik Arutyunyan atəşə əmr verdiyini deyib. Ona demək istəyirəm ki, Araik Arutyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan Silahlı Qüvvələri sənin yerini tapdı və cavabın verildi. Məlumata görə, hazırda Araik Arutyunyan ağır yaralıdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bütün region üçün təhlükədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…