53 baxış
Bu yazını paylaşın
Siyasi

“Prezident Şuşa Qlobal Media Forumunda bütün sualları çox dəqiq və sərrast şəkildə cavablandırdı” – RƏY

25 İyul 2023

“Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bütün sualları çox dəqiq və sərrast şəkildə cavablandırdı”.

Bunu Telejurnal  İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Baku TV-nin efirində yayımlanan “Baku analitik” verilişində deyib.

O bildirib ki, dövlət başçısı Şuşa Qlobal Media Forumunda üç saata yaxın müddətdə yerli və xarici jurnalistlərin suallarını cavablandırıb: “Orada üstüörtülü qalan və toxunulmayan heç bir mövzu olmadı. Kim hansı məsələni qabartmaq, hansı suala cavab almaq istəyirdisə, həmin sualları rahatlıqla Prezident İlham Əliyevə ünvanlaya bilirdi. Dövlət başçısı da həmişəki kimi, bütün sualları çox dəqiq, sərrast şəkildə cavablandırırdı”.

F.Hüseynəliyev forumda Prezident İlham Əliyevə ünvanlanan sualların və cavabların yaddaşında daha çox qaldığını söyləyib: “Cənab Prezident qeyd etdi ki, medianı izləyir. Hətta onu da bildirdi ki, mediaya heç bir tövsiyəsi də yoxdur, media sərbəstdir və müstəqildir. Hesab edirəm ki, dövlət başçısının bu fikirləri mediaya bir etimad mesajı idi. Ona görə də bu sualı çox diqqətlə izlədim və özümə də maraqlı gəldi. Məndə də bir ruh yüksəkliyi yarandı”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi analitik Yeganə Hacıyeva verilişdə söyləyib ki, Şuşa Qlobal Media Forumunun əhəmiyyəti böyükdür: “Hazırda gedən proseslərdə media aparıcı qüvvədir. Forumda iştirak edən şəxslərlə iki gün ərzində bir yerdə olmaq, onlarla fikir mübadiləsi aparmaq və öyrənmək çox böyük şans idi”.

Müzakirələr zamanı Azərbaycan lideri İlham Əliyevin Şuşa şəhərində səsləndirdiyi bəyanatların böyük əhəmiyyətindən bəhs olunub.

Qeyd edək ki, iyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…