25 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident “Sosial xidmət haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib

12 İyul 2023

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Telejurnal  xəbər verir ki, dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” qanunun 17.1-ci maddəsindən “himayədar ailə” sözləri çıxarılıb.

Qeyd edək ki, Sosial xidmət müəssisələri barədə olan 17.1-ci maddədə deyilir: “Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada sosial xidmət müəssisələri (ahıllar, əlilliyi olan şəxslər üçün internat evləri, psixonevroloji internat, insan alveri qurbanları üçün yardım mərkəzləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri, günərzi qayğı mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri, sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə mərkəzləri, palliativ yardım mərkəzləri, hospislər, icma əsaslı reabilitasiya mərkəzləri, himayədar ailə, kiçik qrup evləri, müvəqqəti qayğı xidmətləri, sosial mağazalar və yeməkxanalar və digər müəssisə və xidmətlər) yaradılır və fəaliyyət göstərir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…