23 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstək əsl qardaşlıq, həmrəylik göstəricisidir

13 Yanvar 2022

İşğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımı bildirmək istərdim. Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik.

“TELEJURNAL”AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

“Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım. Hesab edirəm ki, biz artıq bu mühüm infrastruktur layihəsinin icrası zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini nəzərdən keçirə bilərik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…