21 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident Şavkat Mirziyoyev: Bu gün digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır

22 İyun 2022

Bakı, 21 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik.

bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında bildirib.

“Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik. Biz, həmçinin hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etməyi tapşırdıq, – deyə Özbəkistan Prezidenti qeyd edib.

Prezident Şavkat Mirziyoyev deyib ki, digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır: “Biz yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəldik. İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda biz kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindəyik. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşəcək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlayacaq, investisiya layihələrini həyata keçirəcəyik. Kənd təsərrüfatında konkret olaraq hansı sahələrdə işləmək və hansı sahələrin daha tez nəticə verməsi, hansı istiqamətlərdə bir-birimizi tamamlamaq barədə də razılaşdıq. Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma çox inkişaf edib və biz dedik ki, kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənmək bizim üçün çox faydalı olardı”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…