49 baxış
Bu yazını paylaşın
Uncategorized

Prezident: “O deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək”

04 Noyabr 2020
Prezident: O deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək

Prezident İlham Əliyev

“Mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib”.

Telejurnal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir”, – Prezident bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…