292 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatında işıqlandırılıb

13 Yanvar 2022

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin televiziya kanallarına verdiyi müsahibəyə geniş yer veriblər.

“TELEJURNAL” AZƏRTAC -a istinadan xəbər verir ki, aktual.ge və kavkasia.net informasiya portalları Azərbaycan Prezidentinin şəhid ailələrinə dövlət qayğısı, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə bağlı, eləcə də Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı fikirlərindən materiallar yayıblar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirlərindən gətirilən sitatlarda deyilir: “Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib”.

Rus dilində yaymlanan digər materialda isə deyilir ki, Azərbaycanın Silahlı Qüvvələri daha da güclənəcək. Həyata keçirilən islahatlar və görülən işlər nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində olduğundan daha çox güclü olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…