23 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi İran mətbuatının diqqətində olub

13 Yanvar 2022

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində regionda yaranan yeni reallıqlar barədə fikirləri İran mətbuatının diqqətində olub.

“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, İranın İRNA rəsmi xəbər agentliyi, “Mehr news”, “Fars news” saytları Prezident İlham Əliyevin Zəngəzur dəhlizi barəsində fikirlərinə xüsusi yer ayırıblar. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində iş apararaq kommunikasiyaların bərpasına çalışır.

Materiallarda Prezidentin region dövlətlərindən ibarət 3+3 formatı çərçivəsində əməkdaşlıq əlaqələri barəsində söylədiyi fikrindən sitat gətirilib: “Prezident əmin olduğunu bildirib ki, 3+3 formatı çərçivəsində də keçiriləcək ikinci görüşdə daha predmetli, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparılacaq. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…