32 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin Soçiyə səfəri Estoniya mətbuatının da diqqət mərkəzində olub

29 Noyabr 2021

Estoniyanın “ERR” və “Postimees” xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfərini və orada keçirilən görüşlərlə bağlı geniş informasiyalar yayıblar.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildiyi, sonra isə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli danışıqlar apardıqları qeyd olunur.

Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə yaxşı qonşuluq münasibətləri qurmaq təkliflərinə diqqət çəkilir.

Üç ölkənin liderlərinin Soçidəki görüşündə sərhədlərin demarkasiyası məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılır.

Yazılarda, həmçinin münaqişənin tarixi barədə ətraflı məlumat verilir.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_Sochiye_seferi_Estoniya_metbuatinin_da_diqqet_merkezinde_olub-1938230

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…