17 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin bu ilin birinci rübünə həsr olunan müşavirədəki çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

14 Aprel 2022

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. “TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,İHA xəbər agentliyi Prezident İlham Əliyevin müşavirədəki çıxışından geniş hissələri videomaterial olaraq yayımlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla normallaşma prosesinə dair mühüm mesajlarına diqqətlə yanaşan “CNN Türk” telekanalı, “Yeni akıt”, “Hurriyet”, “Star” qəzetləri və sair media quruluşları dövlətimizin başçısının çıxışındakı fikir və mülahizələri geniş ictimaiyyətə təqdim edib. Diqqətə çatdırılıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın sülh təkliflərinə cavab verib. Prezident İlham Əliyev müşavirədə bildirib ki, bölgədə sülhə meyilliliyin təməlində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə dayanır. Azərbaycan bundan sonra da güclənməkdə davam edib regional liderliyini qoruyacaqdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…