73 baxış
Bu yazını paylaşın
İctimai

“Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır” – RƏY

08 May 2023

“Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı böyük humanizm aktıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq və növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalamaqla 800-dən artıq vətəndaşa ikinci şans verib, yüzlərlə ailəyə bu əlamətdar gündə sevinc bəxş etdi:

“Bildiyiniz kimi, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv Sərəncamı ilə 800-dən artıq şəxsə ikinci şans – ikinci həyat bəxş etdi. Dövlət başçısının bugünkü hüquqi aktı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 463 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldır, habelə bu cəzaya şərti olaraq məhkum edilmiş 2 şəxs, bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 3 şəxs cəzadan azad edilir”.

“Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir, 5 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azadılır. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 88 şəxs cəzadan azad edilir”-, o qeyd edib.
Əfvetmənin sadə bir mexanizm olmadığını bildirən deputat əlavə edib ki, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır:

“Eyni zamanda cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir”.
“Bir sözlə, cənab Prezidentin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli şərhləri bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz” – B. Məhərrəmov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…