148 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu ölkənin KİV-lərinin diqqət mərkəzində olub

16 Yanvar 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri bu ölkənin mediasının diqqət mərkəzində olub.

TELEJURNAL xəbər verir ki, BƏƏ-nin WAM agentliyi, “Emarat əl Yom”, “Əl İttihad”, “Əl Xalic”, “Əl Bəyan”, “24.ae”, “Al-Ayn”, “Emarat News” qəzet və portallarında Əbu-Dabidəki Əl-Şati sarayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü haqqında geniş xəbərlər və məqalələr dərc edilib.

Materiallarda diqqətə çatdırılıb ki, dövlət başçılarının söhbəti zamanı iki dost ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd edilib ki, tərəflər Azərbaycanla BƏƏ arasında bərpa olunan enerji və iqtisadiyyatın şaxələndirilməsi üzrə digər sahələrdə planlar, konstruktiv birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, bildirilib ki, dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən BƏƏ-nin ev sahibliyi edəcəyi COP-28 iqlim sammiti, bu mötəbər tədbirdə yaşıl iqtisadiyyat sahəsində proqramların təqdim edilməsi məsələlərini də müzakirə ediblər. Xəbərlərdə diqqətə çatdırılıb ki, prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin müxtəlif sahələrdə böyük uğurlar qazandığını da qeyd ediblər.

Prezident İlham Əliyevin həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü BƏƏ-nin televiziya kanalları tərəfindən də geniş işıqlandırılıb. “Abu Dhabi TV”, “Al Emarat”, “Baynunah”, “Dubai TV”, “Al Dafra” telekanalları dövlət başçılarının müzakirə etdikləri məsələlər haqqında reportajlar yayıblar.

Müxtəlif KİV-lərdə yayılan xəbərlərdə, həmçinin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalandığı vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…