362 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi Türkiyədə böyük coşqu ilə qarşılanıb

02 Yanvar 2022

Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi barədə xüsusi reportaj yayımlayıb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Yeni ilin “Şuşa İli” elan olunması qardaş Türkiyədə böyük coşqu ilə qarşılanıb. “TRT Haber” telekanalının Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti əsasında hazırladığı reportajda 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin nəticələrindən bəhs olunub. İşğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və həmin bölgədə aparılan tikinti-quruculuq işlərinə dair görüntülərin yer aldığı reportajda, həmçinin ötən il iyunun 15-də imzalanan Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti “TRT Avaz”, “Haber Global” və Türkiyənin digər nüfuzlu media quruluşları tərəfindən də geniş işıqlandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…