32 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib

25 Fevral 2022

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib.
” TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə qardaş Türkiyə Respublikasının bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, beynəlxalq aləmdə söz sahibi, böyük nüfuz qazanmış güclü və qüdrətli dövlət olduğunu vurğulayıb.
Təbrik məktubunda deyilir: “Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır. Birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır.
Fürsətdən istifadə edərək tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi münasibətilə məmnunluğumu ifadə edirəm. Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik.
Əziz Qardaşım,
Sizə Allahdan möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…