375 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev sözünə sadiq olan liderdir

07 Yanvar 2022

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: “Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq qərara alıram: 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyilir: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.
Bəlkə də ilk dəfədir ki, ölkəmizin bütün sakinləri və xaricdə yaşayan həmvətənlərimiz Vətən müharibəsində qalib gəlmiş ölkənin rəhbərinin 2022-ci ilin Azərbaycanın mədəni paytaxtı ili elan edilməsi haqqında sərəncam verəcəyini əvvəlcədən proqnozlaşdıra bilərdi. Ölkə vətəndaşlarının, azərbaycanlıların mütləq əksəriyyəti İlham Əliyev üçün Vətən anlayışının, onun müstəqilliyinin və firavanlığının nə dərəcədə əziz olduğunu çox gözəl başa düşürlər.
Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlara səfər edərkən, mədəniyyətimizin və şöhrətimizin rəmzi olan möhtəşəm şəhər-qalanın torpağına ilk dəfə qədəm qoyarkən hamımız onun hansı hisslər keçirdiyinin şahidi olmuşuq. Onun baxışlarında Vətənə hədsiz sevgi, qürur, sevinc, gələcəyə ümid və eyni zamanda, kədər, təəssüf hisslərini görmək olardı.Vətənə, onun tarixinə, ənənələrinə sevgi, Qarabağın gözəlliklərinə heyranlıq.
Öz qalib xalqına görə, rəşadəti barədə indi bütün dünyada heyranlıqla, bəzən isə həsədlə danışılan döyüşçülərə görə qürur.
Sevinc – bütün çıxışlarında “Biz torpaqlarımızı qaytaracağıq, biz Şuşanı nəyin bahasına olsa azad edəcəyik, şəhərlərimizi və kəndlərimizi daha yaxşı, daha gözəl vəziyyətdə bərpa edəcəyik” -deyən İlham Əliyevə illər boyu ürəkdən inanan xalqın sevinci, keçmiş məcburi köçkünlərin sevinci.
Kədər – qəhrəmancasına həlak olmuş hər bir döyüşçüyə görə onların doğmalarının kədəri, can üstündə olarkən “Təki Vətən sağ olsun” deyən gənclərimizi, Azərbaycanın üçrəngli bayrağına bükülən qəhrəmanlarımızı son mənzilə qürurla yola salan valideynlərin kədəri.
Təəssüf – Prezidentin atası dahi Heydər Əliyevin bu hədsiz sevincli günləri görmədiyi üçün təəssüf.
Gələcəyə inam – işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, dünyanın ən yaxşı logistika, tikinti, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat şirkətlərinin Azərbaycana gəlişi, “ağıllı” şəhər və kəndlər, sürətli yollar, aeroportlar tikintisi və s.
“Xarıbülbül” festivalının başlandığı gün özünü qürurla azərbaycanlı adlandıran hər kəs, harada yaşamasından asılı olmayaraq, öz əcdadlarının torpaqlarına genetik bağlılığını hiss etdi. Çoxmillətli Azərbaycanın bütün palitrasını, onun ənənələrini əks etdirən, 10 milyonluq ölkəmizin həyat tərzinə çevrilmiş qonaqpərvərlik və tolerantlıq ənənələrini təcəssüm etdirən, otuz ildən sonra bərpa olunmuş musiqi və dostluq bayramına birbaşa efirdən tamaşa etmək üçün həmin günlərdə biz hamımız gözümüzü televizor və kompüter ekranlarına zilləmişdik.

“Qarabağ Şikəstəsi”nin möhtəşəm sədaları Qarabağ dağlarında əks-səda verərkən şuşalılar, planetin müxtəlif guşələrindən gəlmiş qonaqlar, televiziya tamaşaçıları sevinc göz yaşlarını saxlaya bilmirdi. Həmin gün Cıdır düzündə Qafqazın konservatoriyasının dahi yetirmələri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi və bu diyarın bəşəriyyətə bəxş etdiyi bir sıra başqa istedadlı insanların əsərləri səsləndi.
Bizim rəşadətli döyüşçülər – sadə kəndli və şəhərli gənclər Şuşanı öz qanuni sahiblərinə qaytardılar, bu müqəddəs torpaqda azərbaycançılıq ruhunu bərpa etdilər.
Dünyada verdikləri sözə sadiq olan siyasətçilər azdır. Adətən siyasətçilərin çoxu bu gün bir vəd verir, sabah nə olacağı isə onları az maraqlandırır.
Prezident İlham Əliyev sözünə sadiq olan liderdir.
İlham Əliyevin adi insanlara, uşaqlara, mədəniyyət və idman xadimlərinə verdiyi vədlərlə bağlı yüzlərlə nümunə göstərmək olar ki, o, həmişə öz vədini yerinə yetirib. Fenomenal yaddaşa malik olan Prezident verdiyi sözə hökmən əməl edir.
O, hələ 2003-cü ildə verdiyi ən başlıca vədi – işğal edilmiş torpaqların, Şuşanı qaytarılacağı, vətəndaşlarımızın öz doğma yurdlarına qaytarılacağı, dağıdılmış ərazilərin bərpa olunacağı barədə vədi şərəflə yerinə yetirdi.
Xalq Prezident İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir. O da öz növbəsində, Azərbaycana verdiyi bütün vədlərini bu xalqın köməyi ilə yerinə yetirəcək!

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…