16 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

24 İyul 2023

İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Telejurnal  xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da hərtərəfli inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, yaxın gələcəkdə Şavkat Mirzizoyevin Azərbaycana dövlət səfərinin gözlənildiyi vurğulanaraq, bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…